Pekin Olimpiadasında 205 yox, 204 ölkə təmsil olunacaq
08.08.2008 - 18:33
Pekin. Elşən Məmmədov – APA-Sport. Çinin paytaxtı Pekində start götürən XXIX Yay Olimpiya Oyunlarında əvvəlcədən elan olunduğu kimi 205 ölkə təmsilçisi mübarizə aparmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün Beynəlxalq Olimpiya Komitəsi (İOC) Bruney Darüssəlamı iştirakçı ölkələr sırasından kənarlaşdırıb. İOC-un bəyanatında səbəb kimi Bruney Darussəlam Milli Olimpiya Komitəsinin (MOK) öz idmançılarını qeydiyyatdan keçirməməsi göstərilib. Ali Olimpiya qurumu baş verənlərdən təəssüflənərək, bütün məsuliyyəti Bruney Darussəlam MOK-un üzərinə qoyub: “Biz avqustun 8-də günortayadək Bruney Darussəlam idmançılarını yarışa buraxmağa çalışırdıq, lakin qarşı tərəf problemi aradan qaldırmaq üçün heç bir səy göstərmədiyindən, cəhdlərimiz boşa çıxdı”.
Beləliklə, Pekin Olimpiadasında 204 ölkə təmsil olunacaq.
Beləliklə, Pekin Olimpiadasında 204 ölkə təmsil olunacaq.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0