Türkiyə yığmasına ilk Olimpiya medalını Sibel Özkan qazandırıb
09.08.2008 - 11:10
Pekin. Elşən Məmmədov – APA-Sport. Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma üzrə ilk medal dəstinin sahibləri müəyyənləşib. “APA-Sport”un agentliyinin məlumatına görə, qadınlar arasında 48 kq çəkidə çıxış edən Çin atleti Çen Ksieksya iki hərəkətin cəmində 212 kq nəticə ilə qızıl medala sahib çıxıb. Birdən 95 kq, təkanla isə 117 kq ağırlıq qaldıran 25 yaşlı idmançı həm də yeni Olimpiya rekordu müəyyənləşdirib. İkinci yeri isə türkiyəli Sibel Özkan tutub. İki hərəkətin cəmində 199 kq (88 kq + 111 kq) nəticə göstərən S. Özkan həm də öz ölkəsinə ilk medal sevinci bəxş edib. Bürünc medala isə Çin Çen Vey-Linq (Çin Taypeyi) yiyələnib. O, ümumilikdə 196 kq (84 kq + 112 kq) ağırlıq qaldırıb.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0