Azərbaycan cüdoçusu Kifayət Qasımova Pekin Olimpiadasında mübarizəni dayandırıb – YENİLƏNİB
11.08.2008 - 10:45
Azərbaycan cüdoçusu Kifayət Qasımova Pekin Olimpiadasında mübarizəni dayandırıb – YENİLƏNİB
Baxmayaraq ki, görüşə həmyerlimiz daha fəal başlayıb. Qarşılaşmanın əvvəlində vazari fəndi ilə hesabda irəli çıxan cüdoçumuz üstünlüyünü qoruya bilməyib. Əvvəlcə passiv mübarizə apardığı üçün hakim tərəfindən cərimələnən K.Qasımova sonradan rəqibinin saxlama fəndindən 25 saniyə ərzində çıxa bilməyib. Nəticədə A.Sato təmiz qələbə ilə növbəti mərhələyə çıxıb. Lakin yaponiyalı cüdoçu ikinci qarşılaşmasında Yan Xuya (Çin) uduzub. Bu səbəbdən, cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını itirib.
Qeyd edək ki, cüdo yarışlarının ilk günündə Azərbaycanın daha bir təmsilçisi Ramil Qasımov (66 kq) da çıxışlarını erkən başa vurmuşdu.
0