Bakı tatamisində sensasiya
11.10.2008 - 22:02
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında Dünya Kuboku start götürüb. “APA-Sport”un məlumatına görə, yarışda Azərbaycan da daxil olmaqla, 13 ölkənin idmançıları mübarizə aparırlar. Bu gün kişilərdə 60, 66, 73, qadınlarda isə 48, 52, 57 və 63 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Dünya Kubokunun ilk günündə cüdoçularımız 7 medal (2 qızıl, 1 gümüş və 4 bürünc) qazanıblar. Samir Dadaşzadə (60 kq), eləcə də Samir İsmayılov (73 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeganə gümüş medala 48 kq çəki dərəcəsində güləşən Svetlana Məmmədova layiq görülüb. Giləxanım Ələkbərova (48 kq), Gözəl Zutova (63 kq), Emil Həsənov və Orxan Dünyamalıyev (hər ikisi 66 kq) isə bürünc medala sahib çıxıblar.
Günün sensasiyası Kifayət Qasımovanın uduzması ilə bağlıdır. Avropa çempionatının gümüş mükafatçısı keçirdiyi ilk görüşdəcə rusiyalı Yuliya Kovalenkoya məğlub olub. İppon fəndinə düşən 25 yaşlı idmançımız təsəlliverici mərhələyə də qatıla bilməyib. Yekunda ölkəmizin ən titullu qadın cüdoçusu Dünya Kubokunda medalsız qalıb.
Sabah kişilərdə 81, 90, 100 və 100 kq-dan artıq, qadınlarda isə 70, 78 və 78 kq-dan artıq çəkilərdə mübarizə olacaq. Turnirə elə sabah axşam yekun vurulacaq.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0