ABU Nikosiyada dayandı
13.10.2008 - 09:45
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət ABU həndbol klubunun Kiprin paytaxtı Nikosiyaya səfəri uğursuzluqla nəticələnib. “APA-Sport”un məlumatına görə, olimpiya çempionu Rəfiqə Şabanovanın başçılıq etdiyi kollektiv kuboklar kubokunun ikinci mərhələsi çərçivəsində yerli “Panellinios” klubunu üstələyə bilməyib.
Makedoniyalı hakimlərin idarə etdiyi ilk görüşdə həndbolçularımız rəqibinə 27:23 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlmək şansı qazanıb. Amma meydan sahibləri cavab matçında 5 top fərqi (25:20) ilə qalib gələrək ABU-nu mübarizədən kənarlaşdırıblar.
Qeyd edək ki, bundan öncə “Qaradağ” klubu da Avropa Həndbol Federasiyasının kuboku uğrunda turnirin ikinci mərhələsində mübarizəni dayandırıb.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0