Rəcəbovla Məmmədyarov Avropa kubokuna istirahətlə başlayır
17.10.2008 - 12:31
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Yunanıstanın Kallitea şəhərində kişi və qadın şahmatçılardan ibarət klublar arasında Avropa kuboku start götürəcək. “APA-Sport”un məlumatına görə, 24-cü dəfə keçirilən turnirdə Azərbaycan klubu təmsil olunmayacaq.
Bununla belə, milli komandamızın üç üzvü xarici klubların heyətində mübarizə aparacaqlar. Teymur Rəcəbovun lideri olduğu “Ural” (Rusiya) I turda Belçikanın “Roşeyd” klubu ilə oynayacaq. Rəqib zəif olduğundan qrossmeysterimiz istirahət edəcək. Onu birinci lövhədə Qata Kamski (ABŞ) əvəzləyəcək. Makedoniyanın “Alkaloid” klubunda çıxış edən Şəhriyar Məmmədyarov da ilk turu kənardan izləyəcək. Makedoniyanın digər təmsilçisi “Qambit-Peksim” ilə debüt matçında Məmmədyarovun yerinə birinci lövhədə Vadim Milov mübarizə aparacaq.
Təmsilçilərimizdən yalnız Vüqar Həşimov ilk oyun günündə bacarığını nümayiş etdirəcək. Belə ki, “Aşdod”un (İsrail) lideri olan qrossmeysterimiz Finlandiya təmsilçisi “Tammer”in üzvü Mika Karttunenə qarşı qara fiqurlarla oynayacaq.
Qeyd edək ki, kişilərin turnirinə 33 ölkədən 64 kollektiv qatılıb. Reqlamentə əsasən, 7 turdan ibarət Avropa Kubokuna oktyabrın 23-də yekun vurulacaq.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0