Hesabı Anand açdı
18.10.2008 - 10:31
Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Bonn şəhərində dünya şahmat tacı uğrunda təşkil edilən oyunda qələbə hesabı açılıb. “APA-Sport”un məlumatına görə, ardıcıl iki heç-heçədən sonra hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan) rusiyalı rəqibi Vladimir Kramnikə mat qoymağı bacarıb.
Hindistanlı qrossmeyster qara fiqurlarla oynasa da, Kramniki 41-ci gedişdə təslim olmağa məcbur edib. Bu qələbədən sonra Anand hesabda 2:1 önə keçib. Növbəti görüş bu gün keçiriləcək.
Qeyd edək ki, yarışın mükafat fondu 1,5 milyon avroya bərabərdir. Reqlamentə əsasən, oktyabrın 31-dək davam edəcək 12 partiyada qalib müəyyənləşməyəcəyi təqdirdə, qrossmeysterlər noyabrın 2-də tay-breykdə qüvvələrini sınayacaqlar.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0