Komandası Rəcəbovsuz qələbə qazandı
18.10.2008 - 11:11
Bakı. Kənan Həsənov - APA-Sport. Yunanıstanın Kallitea şəhərində şahmat üzrə klublararası Avropa kuboku start götürüb. “APA-Sport”un məlumatına görə, ilk yarış gününü azərbaycanlı qrossmeysterlərin şərəfini qoruduqları komandalar üçün uğurlu saymaq mümkündür.
Teymur Rəcəbov I turu kənardan izləsə də, lideri olduğu “Ural” (Rusiya) Belçikanın “Roşeyd” klubunu darmadağın edib - 5,5:0,5. Makedoniyanın “Alkaloid” klubunda çıxış edən Şəhriyar Məmmədyarov da ilk turda oynamayıb. Onun komanda yoldaşları isə Makedoniyanın digər təmsilçisi “Qambit-Peksim” ilə heç-heçəyə (3:3) razılaşıblar.
Təmsilçilərimizdən yalnız “Aşdod”un (İsrail) lideri olan Vüqar Həşimov ilk oyun günündə bacarığını nümayiş etdirib. Finlandiya təmsilçisi “Tammer”in üzvü Mika Karttunenə qarşı qara fiqurlarla mübarizə aparan qrossmeysterimiz heç-heçə ilə kifayətlənib. Bununla belə “Aşdod” rəqibini 3,5:2,5 hesabı ilə üstələyib.
II turun qarşılaşmaları bu gün keçiriləcək. “Ural” İngiltərənin “Barbikan”, “Aşdod” Ukraynanın “Kiyev”, “Alkaloid” isə İrlandiyanın “Ennis” klubu ilə oynayacaq.
Qeyd edək ki, kişilərin turnirinə 33 ölkədən 64 kollektiv qatılıb. Reqlamentə əsasən, 7 turdan ibarət Avropa Kubokuna oktyabrın 23-də yekun vurulacaq.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0