Avropa Kubokunda azərbaycanlıların dueli
18.10.2008 - 22:55
Bakı. Aqşin Əliyev - APA-Sport. Yunanıstanın Kallitea şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kuboku davam edir. “APA-Sport”un məlumatına görə, 33 ölkədən 64 kollektivin mübarizə apardığı yarışın ikinci günü azərbaycanlı şahmatçıların çıxış etdikləri komandaların aktivinə yazılıb.
Rusiyanın “Ural” klubunun kapitanı Teymur Rəcəbov debütdə qələbə qazanıb. İlk turu buraxmış həmyerlimiz Avropa Kubokunda keçirdiyi birinci görüşdə “Barbikan” (İngiltərə) komandasının lideri Conatan Parkeri məğlub edib. Yekunda isə “Ural” rəqibinə 6:0 hesabl iə qalib gəlib.
Analoji halı Şəhriyar Məmmədyarov da yaşayıb. Makedoniyanın “Alkaloid” klubunda istər Şəhriyar, istərsə də onun qalan 5 komanda yoldaşı İrlandiya “Ennis”indən olan həmkarlarını üstələyib. “Aşdod”un (İsrail) lideri sayılan Vüqar Həşimov isə yarım xalla kifayətlənib. Şahmatçımızın komandası da Ukrayna “Kiyev”inin müqavimətini qıra bilməyib - 3:3.
İki turdan sonra “Ural” 4 xalla zirvədə qərarlaşıb. Üç xala malik “Alkaloid” 16-cı, “Aşdod” isə 19-cu yeri tutur. Sabah keçiriləcək növbəti tur çərçivəsində “Ural” Bosniyanın “Şiroki Briyeq” klubunu sınağa çəkəcək. “Alkaloid” isə “Aşdod”la qarşılaşacaq. Bu klublarda birinci taxtada Məmmədyarovla Həşimovun mübarizə apardığını nəzərə alsaq, Avropa Kubokunun 3-cü turunu azərbaycanlıların dueli kimi xarakterizə etmək olar.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0