Cüdo yığmamızdan dünya çempionatında uğursuz start
23.10.2008 - 16:25
Bbakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Tailandın paytaxtı Banqkokda gənc cüdoçular arasında dünya çempionatı start götürüb. “APA-Sport”un məlumatına görə, yarışın başlanğıcı Azərbaycan milli komandası üçün uğursuz olub. Belə ki, tatami üzərinə çıxan ilk həmyerlimiz Fərid Babayev fəxri kürsüyə yüksəlməyi bacarmayıb.
100 kq-dan artıq çəkidə qüvvəsini sınayan Fərid 1/16 finalda Çin təmsilçisi Hao Vanqla qarşılaşıb. Babayev görüşün 4-cü dəqiqəsində ippon fəndinə düşərək, məğlub olub. Vanq 1/8 finalda uduzduğundan Fərid təsəlliverici mərhələyə qatılmaq şansını da itirib.
Digər həmvətənlərimiz növbəti günlərdə öz bacarıqlarını nümayiş etdirəcəklər. Elsevər Sadıqzadə (60 kq) ilk görüşünü Dahril Lusero (Filippin) - Tibor Mayer (Macarıstan) cütünün qalibinə qarşı keçirəcək. Yeniyetmələr arasında Avropa çempionu Sərxan Əhmədov (66 kq) danimarkalı Markus Hannersi sınağa çəkəcək.
81 kq çəki dərəcəsində yarışan Ramin Qurbanovun rəqibi Mark Brever (Yeni Zelandiya), mübarizəyə 1/16 finaldan qoşulacaq Elmar Qasımovunku (90 kq) isə Hüseyn Abdulla (Küveyt) olacaq. Dünya çempionatında yalnız bir xanım cüdoçumuz Kəmalə Hüseynzadə (63 kq) iştirak edəcək. O, məqsədə çatmaq üçün öncə qırğızıstanlı Bubusaira Abdulmanapı üstələməlidir. Turnirə oktyabrın 26-da yekun vurulacaq.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0