Tailanddan iki medalla
26.10.2008 - 18:57
Bakı. Aqşin Əliyev - APA-Sport. Tailandın paytaxtı Banqkokda keçirilən gənc cüdoçuların dünya çempionatı başa çatıb. “APA-Sport”un məlumatına görə, yarışa 6 idmançı ilə qatılan Azərbaycan yığması 2 medal qazanıb. Öncə Ramin Qurbanov (81 kq), bu gün isə Sərxan Əhmədov (66 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yeniyetmələr arasında Avropa çempionu olan Sərxan ardıcıllıqla Markus Hanners (Danimarka), Dəmir İsaxanov (Qazaxıstan), Gidon Van Zil (CAR) və Masahi Ebinumanı (Yaponiya) məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Onun finala gedən yolunu macarıstanlı Zolt Qoryanaç kəsib. Bürünc medal uğrunda görüşdə isə Əhmədov Türkiyə təmsilçisi Mehmet Durmaza qalib gəlib.
Bu gün qüvvəsini sınayan digər cüdoçumuz Elsevər Sadıqzadə (60 kq) mübarizəni erkən dayandırıb. Beləliklə, milli komandamız 2 bürünc medalla 80 kollektiv arasında 16-cıyeri tutub.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0