16-cı yer üçün 100 avro
29.12.2008 - 15:02
16-cı yer üçün 100 avro
İspaniyanın Leon şəhərində sürətli şahmat üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, 341 idmançının qatıldığı yarışda ölkəmizi Namiq Quliyev təmsil edib.

34 yaşlı qrossmeyster keçirdiyi 9 oyundan 7 xal toplayaraq 16-cı yeri tutub. Fransada yaşayan həmyerlimizin qazancı cəmi 100 avro təşkil edib. 40 min avro mükafat fondu olan turnirin qalibi isə Yevgeni Bareyev (7,5 xal) olub. Rusiyalı şahmatçı əlavə əmsallara əsasən Artur Yusupovla (Almaniya) Aleksey Şirovu (İspaniya) qabaqlayıb.
0