Cüdoçumuz Universiadanın qalibi oldu - YENİLƏNİB
08.07.2009 - 20:40
Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda keçirilən 25-ci Universiadada ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizə birinci medalı cüdoçu Ramin Qurbanov qazandırıb.
81 kq çəki dərəcəsində yarışan 19 yaşlı idmançımız ardıcıllıqla Lou Ernest Kristian (CAR), Farmon Kabulov (Özbəkistan), Serqiu Toma (Moldova) və Blax Lukası (Polşa) məğlub edib. Özü də Ramin hər 4 rəqibinə ippon fəndi sayəsində qalib gəlib. Az öncə isə finalda koreyalı Kim Mim Qyu ilə qarşılaşan idmançımız çətin qələbə sayəsidə universiadanın qızıl medalına sahib çıxıb.
Sabah daha bir cüdoçumuz Sərxan Əhmədov (66 kq) öz bacarığını nümayiş etdirəcək. Bundan başqa, sabah atletlər Ramil Quliyev (200 m məsafəyə qaçış) və Leyla Paşayeva (üçtəkanla uzunluğa tullanma) da qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan Universiadada 3 növ - taekvondo, cüdo və atletika üzrə 16 idmançı ilə təmsil olunur.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0