Pekin olimpiadasının iştirakçısı fahişəxana açıb
13.07.2009 - 12:56
2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı, Yeni Zelandiya taekvondoçusu Loqan Kempbell fahişəxana açıb. Lent.az-ın xəbərinə görə, Kempbell “kişi klubu”nu Yeni Zelandiyanın Oklend şəhərində istifadəyə verib.
Bununla da idmançı 2012-ci il London Yay Olimpiya Oyunlarına qatılmaq üçün kifayət qədər pul toplamaq istədiyini açıqlayıb. Pekin olimpiadasında iştirak Kempbellə 93 min dollara başa gəlib. Bu vəsaitin böyük hissəsi onun valideynləri tərəfindən ödənilib. Yeni zelandiyalı taekvondoçu ailəsindən asılı olmaqdan bezdiyini və özü qazanmağı qərara aldığını açıqlayıb. Kempbellin hesablamalarına əsasən, 2011-ci ilədək 300 min dollar toplaya biləcək. Bu vəsait isə idmançının London olimpiadasına hazırlaşmasına imkan verəcək.
Loqan Kempbell Pekin olimpiadasında 68 kq çəki dərəcəsində çıxış edib. O, ilk görüşdəcə Yu-Çi Sunqa (Tayvan) uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, Yeni Zelandiyada fahişəliyə rəsmən icazə verilib.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0