Gümüş + rekord
25.07.2009 - 23:05
Gümüş + rekord
Azərbaycan idmançısı Ramil Quliyev Novi Sadda (Serbiya) keçirilən gənclər arasında atletika üzrə Avropa çempionatında gümüş medalın sahibi olub. Apasport.az saytının məlumatına görə, 19 yaşlı idmançı yarışların ikinci günü finalda 100 metrlik məsafəni 10,16 saniyəyə qət edib və yalnız fransız Kristofer Lemetrdən (10,04 saniyə) geri qalıb.
Ramil Quliyevin göstərdiyi nəticə Azərbaycanın yeni rekordu kimi qeydə alınıb.

Xatırladaq ki, bir gün əvvəl Azərbaycan atleti Xayle İbrahimov 10.000 metr məsafəni 30.06.64 qaçaraq, qızıl medal qazanmışdı.

AzərTac
0