Azərbaycan yığmasında türkiyəli idmançılar?
28.07.2009 - 13:33
Türkiyə taekvondoçuları Azərbaycan milli komandasından təklif alıblar. Lent.az-ın məlumatına görə, bu haqda Türkiyə Taekvondo Federasiyasının prezidenti Mətin Şahin “Anadolu” agentliyinə açıqlama verib. O bildirib ki, ölkəsinin son illər taekvondoda ciddi uğurlara imza atmasından sonra bu növ üzrə aparıcı idmançı və məşqçilərə təkliflər gəlməyə başlayıb: “Digər növlərdə xaricdən idmançı idxal etdiyimiz halda, taekvondoda idmançılarımıza İspaniya, İtaliya, Azərbaycan kimi çoxsaylı ölkədən “Gəlin, bizim adımızdan yarışın” kimi təkliflər yağır. Lakin taekvondoçularımız bu təklifləri geri çevirirlər. Məşqçilərimizə də çoxlu təkliflər var”.
Qeyd edək ki, Türkiyə millisi ötən il Avropa çempionatında, bu il isə Dünya Kubokunda komanda hesabında I yeri tutub. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında isə Əzizə Tanrıkulu (57 kq) gümüş, Sərvət Təzəgül (68 kq) bürünc medala sahib olub. Hazırda Türkiyədə 190 min nəfər taekvondo ilə məşğul olur ki, bu da qardaş ölkə üçün futboldan sonra ikinci ən yüksək göstəricidir.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0