Üzgüçü qız atasının başına rəqəmlər yazdırdı - FOTO
04.08.2009 - 16:20
Üzgüçü qız atasının başına rəqəmlər yazdırdı - FOTO
Serbiyalı üzgüçü Nadya Xiql atasını gülünc vəziyyətə qoyub. Apasport.az saytının məlumatına görə, Draqan Xiql qızının İtaliyanın paytaxtı Romada keçirilmiş dünya çempionatında göstərdiyi nəticəni başının keçəl hissəsinə həkk etdirib.

O, hələ yarışlar ərəfəsində Nadyanın brass üsulu ilə 200 metr məsafəni 2 dəqiqə 22 saniyədən tez üzəcəyi halda, həmin göstəricini başına tatuirovka etdirəcəyinə söz vermişdi. Hadisələrin gedişatı elə gətirib ki, sarışın idmançı 200 metri 2 dəqiqə 21 saniyə 62 mikrosaniyəyə üzərək, dünya çempionu olub və Avropa rekordu müəyyənləşdirib. Bununla da, Nadya dünya çempionu titulunu qazanan ilk serbiyalı kimi tarixə düşüb.

Serbiyaya qayıtdıqdan sonra isə növbə qızın atasına çatıb. Üzgüçü atasına vədini xatırlayıb və Draqan tatuirovka etdirməkdən boyun qaçırmayıb. İndi onun başının tükü tökülmüş nahiyəsində 2.21.62 rəqəmləri açıq-aşkar görünür.
0