Taekvondoçularımız Avropa çempionatına gedir
06.08.2009 - 15:30
Taekvondoçularımız Avropa çempionatına gedir
Azərbaycanın gənc taekvondoçulardan ibarət milli komandası Polşada keçiriləcək Avropa çempionatına hazırlaşır. Apasport.az saytının məlumatına görə, ölkəmiz qitə birinciliyində 8 idmançı ilə təmsil olunacaq.

Avqustun 14-də başlanacaq yarışda Elvin Məmişzadə (48 kq), Elvin İsalı (51 kq), Elvin Əliyev (54 kq), Qaybatulla Kabzxiəliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 ), Murad Ağamalıyev (75 kq) və Fərid Paşayev (91 kq) qüvvəsini sınayacaq. Çempionat avqustun 23-də yekunlaşacaq.

Mənbə: AzərTAc
0