Ankarada pəhləvanlarımız çoşdu
10.08.2009 - 10:55
Türkiyənin paytaxtı Ankarada təşkil olunan güləş üzrə gənclərin dünya birinciliyi başa çatıb. Apasport.az saytının məlumatına görə, yunan-Roma növündə 2 qızıl, 1 bürünc medal qazanan Azərbaycan milli komandası sərbəst növdə də uğurla yarışıb.
Yığmamızın üzvlərindən Cəbrayıl Həsənov (66 kq) bütün rəqiblərini üstələyərək, çempion tituluna layiq görülüb. Bununla yanaşı, 3 pəhləvanımız da qızıl medal qazanmağa yaxın olub. Ancaq finalda məğlubiyyət acısı dadan Ağahüseyn Mustafayev (60 kq), Aslanbek Alborov (84 kq) və Cəmaləddin Maqomedov (96 kq) ikinci yerlə kifayətlənib. Yaşar Əliyevlə (55 kq) Mixail Qazayev (120 kq) isə bürünc medal qazanıb. Beləliklə, sərbəst növdə çıxış etmiş 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, yunan-Roma növündə Orxan Əhmədov (55 kq) və Həsən Əliyev (60 kq) qızıl, Xurşud Babaşov (50 kq) isə bürünc medala yiyələnmişdi.

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0