20 sentə görə dava-dalaş
10.08.2009 - 13:08
20 sentə görə dava-dalaş
ABŞ-ın “Çikaqo Blek Xouks” hokkey klubunun üzvü Patrik Keyn taksi sürücüsünü qarət etməkdə ittiham olunur. Apasport.az saytının məlumatına görə, hadisə 20 yaşlı hokkeyçinin əmisi oğlu ilə birgə gecə klubundan qayıtdığı zaman baş verib.

Onlar taksiyə 13,8 dollar pul verməli olublar. Sürücüyə 15 dollar uzadan sərnişinlər 1,2 dollar əvəzinə, 1 dollar qalığın qaytarıldığını görüblər. Taksi sürücüsü Patrik və onun əmisi oğluna vermək üçün 20 sent tapa bilməyib.

Elə buna görə də tərəflər arasında dava-dalaş başlanıb. Nəticədə taksi sürücüsünün eynəyi sınıb və üz nahiyəsindən zədə alıb. Polis Keyn qardaşlarını saxlasa da, onlar irəli sürülən ittihamları qəbul etməyiblər.
0