Koreyanın taekvondo məşqçiləri Gəncədə təlimlər keçirlər
12.08.2009 - 13:28
Koreyadan Gəncəyə 4 gənc taekvondo məşqçisi gəlib. Bu haqda APA-nın qərb bürosuna Azərbaycan Taekvondo Federasiyasının (ATF) Gəncə Regional Nümayəndəliyinin direktoru Sahib Rzayev məlumat verib. Koreyalı məşqçilər Gəncə Olimpiya İdman Kompleksinin böyük zalında region idmançıları üçün təlimlər keçirlər.
Rzayev bildirib ki, ATF-nin dəstəyi ilə təşkil olunan təlimlərdə məqsəd bu idman növü üzrə yeni metodların öyrənilməsi, təcrübə mübadiləsi aparmaq, yarış qaydaları və ədalətli hakimlik prinsiplərinin öyrənilməsindən ibarətdir. Belə təlimlər ölkəmizin olimpiya növləri üzrə təlim və yarışlara ev sahibliyi etmək hüququ ilə əlaqədar təşkil olunur.
Təlimlər bu həftənin sonunadək davam edəcək. Bundan sonra əcnəbi məşqçilər Azərbaycandan 15 taekvondoçunu özləri ilə Koreyaya aparacaqlar. Bu taekvondoçulardan 5-nin Gəncədən seçilməsi nəzərdə tutulub. Həmin idmançılar Koreyada 6 aylıq təlimlərə qatılacaqlar.

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0