Useyn Bolt “Real”la anlaşdı
29.08.2009 - 13:29
Atletika üzrə olimpiya və dünya çempionu Useyn Bolt Madridin “Real” klubundan gələn təklifə məsbət cavab verib. Apasport.az saytının məlumatına görə, “kral klubun”nun rəhbərliyi 23 yaşlı yamaykalı idmançını İspaniya paytaxtına dəvət edib. Dünyanın ən sürətli insanı bu gün “Santyaqu Bernabeu” stadionunda oynanılacaq “Real” - “Deportivo” matçını izləyəcək.
Dünən İsveçrədə keçirilən “Qızıl liqa”nın 5-ci mərhələsində 100 metr məsafəyə qaçışda qızıl medal qazanan Bolt artıq Madridə yollanıb. Primeronun açılış turunu azarkeşlər üçün yaddaqalan etməyə çalışan “Real” rəhbərliyi məhz Boltun sayəsində fanatlara zövqlü anlar yaşatmaq istəyir. Buna görə də, topa ilk toxunmaq vəzifəsi Useynə tapşırılıb. Onun simvolik zərbəsindən sonra isə madridlilər 2009/10 mövsümünə start verəcəklər.
“Deportivo” ilə görüş daha bir məqamla “Real” azarkeşlərinin maraq dairəsindədir. Bu gün Kriştianu Ronaldo və Kaka kimi ulduzlar “kral klubu”nda ilk rəsmi matçlarına çıxacaqlar.

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0