Azərbaycan 6-cı, Teymur Rəcəbov 7-ci pillədə
01.09.2009 - 10:38
Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda ilk “100-lük”də Azərbaycanın 4 təmsilçisi var. Şahmatçılarımız arasında ən yaxşı nəticə Teymur Rəcəbova məxsusdur. O, reytinq balını 2756-dan 2757-yə yüksəldərək, 7-ci sıraya qalxıb.
Reytinq balının dəyişməməsinə və sabit oyununa baxmayaraq, yığmamızın üzvü Vüqar Həşimov (2740) 3 pillə geriləyərək, 14-cü yerə enib. Şəhriyar Məmmədyarovun (2721) da mövqeyində geriləmə var. 25 yaşlı şahmatçı indi 19-cu yox, 21-ci sıradadır. İlk “100-lüy”ə düşməyi bacaran son təmsilçimiz isə Qədir Hüseynovdur - 2667; 64-cü yer. Cədvəlin ən üst pillələrində Veselin Topalov (Bolqarıstan, 2813), Vişvanatan Anand (Hindistan, 2788) və Levon Aronyan (Ermənistan, 2773) qərarlaşıb.
O ki qaldı milli komandaların reytinqinə, Azərbaycan yığması 2641 balla 6-cı yeri tutur. Sentyabr ayı üçün dünyanın ən güclü komandası Rusiya (2728) hesab olunur.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0