Cüdoçularımız Ermənistana gedəcəklər!
02.09.2009 - 13:30
Azərbaycanın gənc cüdoçuları 11-13 sentyabr aralığında Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Bu barədə apasport.az saytına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Cüdoçularımızın İrəvana səfəri zamanı təşkilati məsələlərin müzakirəsi üçün gənclər və idman naziri Azad Rəhimov və Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov bir neçə gün öncə Ermənistanda olublar. Rəhimovla Ermənistanın gənclər və idman naziri Armen Qriqoryan, Ələkbərovla Ermənistan Cüdo Federasiyasının prezidenti Aleksan Avetisyan, həmçinin Avropa Cüdo Federasiyası ilə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvləri arasında müqavilə imzalanıb.
Müqaviləyə idmançılarımızın Ermənistana daxil olduqları andan bu ölkəni tərk edəcəkləri günədək ev sahiblərinin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olmaları, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, cüdoçumuzn 1-ci yeri qazanacağı təqdirdə, Azərbaycan bayrağının qaldırılması və himninin səsləndirilməsi və bütün iştirakçıların bu an ayağa qalxması, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə fəaliyyətlərinin təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.

- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0