Bakıya gələn fransız şahmatçı sərxoş olub, 11 gedişdə yatdı
04.09.2009 - 13:15
Fransalı beynəlxalq qrossmeyster Vladislav Tkaçev Hindistanda keçirilən turnirdə sərxoş olub. Apasport.az saytının məlumatına görə, yerli şahmatçı Pravin Kumarla görüşə dəm halda gələn Vladislav elə stol arxasında - 11 gedişdə yuxuya gedərək, növbəti gedişini buraxıb.
Tkaçev o dərəcədə sərxoş olub ki, kresloda çətinliklə otura bilirmiş. O, bir neçə gedişdən sonra mürgüləyərək, başını stolun üstünə qoyub. Turnirin təşkilatçılar fransızı ayıltmağa cəhd etsələr də, bu, uğursuz olub. Oyun başlayandan yarım saat sonra Tkaçevə texniki məğlubiyyət verilib. Təşkilatçılardan xəbərdarlıq alan Vladislav cəzalanmayacaq və çıxışını davam etdirəcək.
Qeyd edək ki, Fransanın aparıcı şahmatçılarından olan Tkaçev FİDE-nin bu ay üçün reytinqində 58-ci yerdə gedir. O, bir müddət əvvəl Bakıda da olub və şahmatçımız Vüqar Həşimovla blits-partiyada qüvvəsini sınayıb.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0