Bakı çempionları...
06.09.2009 - 00:08
“Şüa” idman-sağlamlıq mərkəzində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında (1993-1994-cü illər) Bakı regional turniri keçirilib. Azərbaycan Güləş Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən apasport.az saytına verilən məlumata görə, Bakıda fəaliyyət göstərən idman cəmiyyətlərinin qatıldığı turnirdə 10 çəki (42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər) dərəcəsi üzrə ümumilikdə 103 idmançı iştirak edib.
Yarışlarda ilk üç yeri tutan 40 nəfər diplom və pul mükafatı ilə mükafatlandırılıb. Beləliklə, “Məhsul” İdman Cəmiyyətinin yetirmələri Səid Nuriyev (42 kq), Elvin Əliyev (46 kq), “Neftçi” İdman Cəmiyyətinin yetirmələri Orxan Mehdiyev (50 kq), Amil Əhmədov (58 kq), Zəlimxan Umxacıyev (69 kq), Şahin İsmayılzadə (76 kq), Sərxan Cahangirli (100 kq), “Təhsil” İdman Cəmiyyətinin yetirmələri Rəşad Şükürov (54 kq), Hüseyn Şirəliyev (63 kq), “Zenit” İdman Cəmiyyətinin yetirməsi Anar Rəsulzadə (85 kq) bütün rəqiblərindən üstün olaraq, Bakı regional turnirinin qalibi olublar.
Sentyabrın 12-də Yunan-roma güləşi üzrə Bakı regional turniri 1995-1996-cı il təvəllüdlü yeniyetmələr arasında davam edəcək.

- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0