Ramil Quliyev: Useyn Bolt mənim kimi idmançılara fikir vermir
08.09.2009 - 15:04
“Useyn Bolt hələ ki, mənim kimi idmançılara fikir vermir. Onun öz əhatə dairəsi var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri azərbaycanlı atlet Ramil Quliyev deyib.
Universiadanın qalibi, 200 m məsafədə Avropa çempionatının qalibi və rekordçusu, 100 m məsafədə gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı, dünya çempionatının 7-ci olan idmançımız bu gün Gənclər və İdman Nazirliyində keçirilən mətbuat konfransında iştirak etdiyi yarışlar barədə danışıb: “Dünya çempionatında qarşımda duran əsas məqsəd finala çıxmaq idi. Buna nail oldum. Finalda mənim üçün ən böyük maneə 1-ci zolaqda qaçmağım oldu. Özünüz də bildiyiniz kimi, bu zolaq idmanda “ən pis zolaq” hesab olunur. Başqa zolaq olsa idi, bəlkə də nəticə başqa cür ola bilərdi.”
Quliyev 3 qat olimpiya və 3 qat dünya çempionu Useyn Boltla əlaqəsinin olub-olmaması barədə sualı da cavablandırıb: “Bolt hələ ki, mənim kimi idmançılara fikir vermir. O sözün əsl mənasında böyük idmançı, lakin hər birimiz kimi adi insandır. O həyatda heç nəyin mümkünsüz olmadığını daim sübut edir. Onun öz ünsiyyət dairəsi var. Mən düzü bu dairəyə düşmək də istəmirəm”
Mətbuat konfransında idmançımız bir sıra ölkələrdən dəvət aldığını bildirib: “Mənə bir sıra ölkələr onları təmsil etməyim üçün dəvətlər göndərdilər. Lakin öz ölkəmi həddən artıq çox sevdiyim və Azərbaycan bayrağı altında qürurla çıxış etdiyim üçün bu dəvətlərdən imtina etdim”.
Tədbirdə Ramil Quliyevlə yanaşı, Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, federasiyanın 1-ci vitse-prezidenti Mehdi Nağıyev, Gənclər və İdman Nazirliyində sektor müdiri Nicat Həsənov, məşqçilər və federasiyanın digər nümayəndələri də iştirak edib.

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0