“İdman-Azərbaycan”a ağır zərbə: Olimpiya Oyunlarını İTV göstərəcək!
09.09.2009 - 15:13
İctimai Televiziya (İTV) növbəti layihəsini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, İTV indi də ölkəmizdə olimpiya oyunlarının yayım hüququna sahib çıxıb.
Bu ildən etibarən futbol üzrə Avropa Liqasının oyunlarının Azərbaycandakı yayım hüququna yiyələnən telekanal planetin ən böyük idman yarışlarının da eksklüziv yayım hüququna sahib çıxıb. Belə ki, azərbaycanlı azarkeşlər 2010-cu ilin fevralında Kanadanın Vankuver şəhərində keçiriləcək qış, 2012-ci ildə İngiltərənin paytaxtı Londonda baş tutacaq Yay Olimpiya Oyunlarına məhz İTV vasitəsilə baxa biləcəklər.
Bir müddət əvvəl futbol üzrə Çempionlar Liqası və Avropa Liqasının yayım hüququnu əldə edə bilməyən “İdman-Azərbaycan” kanalı isə ən azı 5 il - 2014-cü ilin qış olimpiadasınadək olimpiya həsrəti yaşamalı olacaq.

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0