Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti seçilib
13.10.2009 - 21:16
Bu gün Kopenhagendə Dünya Taekvondo Federasiyasının ümumi toplantısı keçirilib. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, federasiyanın sayca 29-cu toplantısı olub.
Toplantı çərçivəsində növbəti 4 il müddəti üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə seçkilər də keçirilib.
Çunqvon Co növbəti 4 il müddətinə Dünya Taekvondo Federasiyasının prezidenti seçilib.
Daha üç nəfər isə vitse-prezident seçilib. Federasiyanın vitse-prezidentliyinə Misir, İtaliya, Azərbaycan, Avstrya və Böyük Britaniya nümayəndələrinin namizədliyi olub.
Namizədlər arasından olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dörd il müddətinə Dünya Taekvondo Federasiyanın vitse-prezidenti seçilib.
Digər iki vitse-prezident yerini isə Misir nümayəndəsi Əhməd Foli ilə İtaliyanı təmsil edən Sun Caepark tutub.
Qeyd edək ki, K. Heydərov bundan əvvəlki dönəmdə də Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olub.

- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
0
0