İstanbulda 5 azərbaycanlı qaçacaq
16.10.2009 - 14:18
Oktyabrın 17-də Türkiyənin İstanbul şəhərində atletika üzrə Avro-Asiya marafonu start götürəcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, ölkəmiz bu marafonda 5 atletlə təmsil olunacaq. Belə ki, İstanbulda Mare İbrahimova, Layeş Abdullayev, Tilahun Əliyev, Hayle İbrahimov və Gezaşin Səfərova çıxış edəcək. Onlar yarışa məşqçi Sezak Metinin rəhbərliyi altında yollanırlar.
Atletika Federasiyasının vitse-prezidenti Mehdi Nağıyev və milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadə isə Avropa Atletika Assosiasiyasının təqvim konfransı və qitə yığmalarının rəhbərləri, baş məşqçilərinin iclasında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə gediblər.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0