İstanbul rinqində 4 azərbaycanlı
19.10.2009 - 10:48
Noyabrın 21-də Türkiyənin İstanbul şəhərində K-1 üzrə Qran-Pri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı 4 idmançı - Anar Lalayev (63 kq), Vüqar Kazımov (72 kq), Ramil Səlimov (82 kq) və Anar Məmmədov (+95 kq) təmsil edəcək.
Reqlamentə əsasən, turnir hərəsində 4 döyüşçü olmaqla, 4 çəkidə baş tutacaq. Artıq həmyerlilərimizin ilk rəqibləri də məlumdur. Belə ki, Anar Lalayev Fikri Arıcanla (Türkiyə), Vüqar Kazımov İbrahim Tamazayevlə (Rusiya), Ramil Səlimov Gökan Göksellə (Türkiyə), Anar Məmmədov isə Vitali Səmədovla (Rusiya) üz-üzə gələcək. Qran-Prinin döyüşləri “Fox” TV, “Eurosport” telekanalları və İnternet saytları vasitəsilə bütün dünyaya canlı yayımlanacaq.

- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
0
0