Şüvülü tulladı, gözlər parladı - FOTOSESSİYA
21.10.2009 - 11:28
2009-cu il şüvüllə hündürlüyə tullanma üzrə Rusiya yığmasının üzvü, ikiqat olimpiya, ikiqat dünya və Avropa çempionu Yelena İsinbayeva üçün fərqli çalarlarla yadda qaldı. Apasport.az saytının məlumatına görə, 27 yaşlı cazibədar xanım avqustun 17-də Almaniyanın paytaxtı Berlində keçirilən XII dünya çempionatında uğursuz çıxış edərək, sözün əsl mənasında, şok yaşadı. Bundan 11 gün sonra isə İsveçrədə təşkil olunmuş “Qızıl liqa”nın beşinci mərhələsində 5,06 metrə tullanan Yelena bu dəfə şok yaşatdı. Çünki o, yeni dünya rekordu müəyyənləşdirmişdi.
İndi isə İsinbayevanın sədası fotosessiyalardan gəlir. Ötən il Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən ilin ən yaxşı idmançısı seçilmiş İsinbayeva şüvülü bir kənara tullayaraq, fotoobyektivlər önünə keçib. Məhz bu çəkilişlər zamanı onun incəliyini, gözəlliyini bir daha görmək mümkündür.
Qeyd edək ki, Yelena Rusiyanın ən gözəl idmançısı sayılır.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0