Prezident Vahid Nəzərovu Koreyaya çağırdı
27.10.2009 - 11:48
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından (IWF) Azərbaycan Ağır Atletika Federasiyasına məktub daxil olub. Bu haqda apasport.az saytına əsas milli komandamızın sabiq baş məşqçisi, hazırda gəncləri çalışdıran Vahid Nəzərov məlumat verib. Onun sözlərinə görə, IWF-in məktubu noyabrın 17-dən 29-dək Koreyanın Qoyanq şəhərində keçiriləcək dünya çempionatındakı hakimliklə əlaqədardır.
“IWF-in prezidenti Tamaş Ayanın imzası ilə göndərilən məktubda mənim gələn ay keçiriləcək dünya çempionatına hakim qismində təyinat almağım bildirilir. Həmin yarışda iştirak edib, ədalət prinsiplərini qoruyacağam. Səfərin xərclərini Azərbaycan Ağır Atletika Federasiyası ilə IWF birgə çəkəcək” - deyə Nəzərov vurğulayıb.
Qeyd edək ki, beynəlxalq hakim dərəcəsinə malik olan Nəzərov indiyədək dünya və Avropa çempionatlarında iş başında olub.

- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0