Milli çempionatın ilk finalçısı
12.11.2009 - 17:34
1994-95-ci il təvəllüdlü oğlan otüstü hokkeyçilər arasında keçirilən Azərbaycan çempionatının ilk finalçısı müəyyənləşib. Bu haqda apasport.az saytına məlumat verən Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin verdiyi məlumata görə, “Təhsil” klubu ardıcıl 2 qələbə sayəsində finala yüksəlib.
Sumqayıt təmsilçisi “Cənub”u məğlub etdikdən sonra həlledici qarşılaşmaya vəsiqəni rəsmiləşdirib. Finalda oynayacaq digər komandanın adı sabah keçiriləcək “Təhsil” - “Aran” və “Cənub” - Nizami RİOEUGİM matçlarının ardından bilinəcək.
Reqlamentə əsasən, 4 komanda bir dövrəli sistem üzrə mübarizə aparacaq və ilk 2 yerin sahibi noyabrın 14-də finalda üz-üzə gələcək. Digər 2 kollektiv isə bürünc medal uğrunda oynayacaq.
II tur, 12 noyabr
“Təhsil” (Sumqayıt) - “Cənub” (Masallı, Lənkəran, Astara) - 2:0
“Aran” (Mingəçevir, Gəncə) - Nizami RİOEUGİM (Bakı) - 0:0
1. “Təhsil” 2 2 0 0 7:0 6
2. “Aran” 2 1 1 0 1:0 4
3. Nizami RİOEUGİM 2 0 1 1 0:5 1
4. “Cənub” 2 0 0 2 0:3 0

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0