Avropa fatehlərimiz Dünya Kubokunda
13.11.2009 - 15:54
Noyabrın 21-də Rusiyanın Xantı-Mansiysk şəhərində start götürəcək şahmat üzrə Dünya Kubokunun bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini 5 idmançı qoruyacaq. Bunlar ötən ay Serbiyada komandalararası Avropa çempionatında qızıl medal qazanmış şahmatçılarımız - Teymur Rəcəbov (2748, 22 yaş), Vüqar Həşimov (2758, 23 yaş), Şəhriyar Məmmədyarov (2719, 24 yaş), Rauf Məmmədov (2634, 21 yaş) və Qədir Hüseynovdur (2625, 23 yaş).
Maraqlıdır ki, bolqarıstanlı Veselin Topalov, norveçli Maqnus Karlsen, hindistanlı Vişvanatan Anand, ermənistanlı Levon Aronyan və rusiyalı Vladimir Kramnikin yoxluğunda Vüqar Həşimov yarışın reytinq-favoriti sayılır. Yalnız Boris Qelfand (İsrail) onunla eyni reytinq balına malikdir.
Dünya Kubokunda 128 şahmatçı olimpiya sistemi üzrə (uduzan çıxır) mübarizə aparacaq. Püşk nəticəsində bir-biri ilə üz-üzə gələcək zəka sahibləri ardıcıl 2 gündə 2 dəfə qarşılaşacaqlar. Əgər bərabərlik qeydə alınarsa, üçüncü gün onlar tay-breykdə oynayacaqlar. Final isə 4 partiyadan ibarət olacaq. 1/64 final mərhələsindən başlanacaq Dünya Kubokuna dekabrın 14-də yekun vurulacaq.

- Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib
- Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib
- APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib - FOTO
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
0
0