Yığmamızın düşərgəsində 30 oyunçu
16.11.2009 - 13:54
1994-95-ci il təvəllüdlü oğlan otüstü hokkeyçilər arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, yarışın qalibi adını Sumqayıtın “Təhsil” klubu qazanıb.
Çempionatda 4 komanda iştirak edib. Öncə bu kollektivlər öz aralarında bir dairəvi sistem üzrə qarşılaşıblar. Nəticədə 1-ci və 2-ci yeri tutan klublar - “Təhsil” və “Aran” (Mingəçevir, Gəncə) finalda üz-üzə gəliblər. Rəqibin qapısından iki cavabsız top keçirən “Təhsil” qızıl medala yiyələnib. Üçüncü yeri isə Nizami RİOEUGİM-i minimal hesabla üstələyən “Cənub” (Masallı, Lənkəran, Astara) komandası tutub.
Yarışın keçirilməsində əsas məqsəd 16 yaşlılardan ibarət Azərbaycan yığması formalaşdırmaq idi. Hazırda milli komandanın heyətinə 30-dək oyunçu çağırılıb. Məşqçilər Zamin Yusubov, Cəmil Bəşirov və Mürsəl Səfirlinin rəhbərliyi altında hazırlıq prosesi keçən yığmamız gələn il ilk dəfə Avropa çempionatında mübarizə aparacaq.

- APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib - FOTO
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
0
0