İdman tarixində görünməmiş hadisə
16.11.2009 - 15:59
İdman tarixində görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, britaniyalı peşəkar boksçular Pol Semyuels və Sello Renda bir-birləri ilə döyüşdükləri zaman eyni vaxtda noqdauna düşüblər.
Onların hər ikisi döyüşün ikinci raundunda sol əllə dəqiq zərbə endiriblər. Nəticədə hər iki idmançı eyni zamanda noqdaun olaraq, yerə yıxılıblar. Maraqlıdır ki, həm Semyuels, həm də Renda 10 saniyənin tamamında ayağa qalxıb, döyüşü davam etdiriblər.
Sonda Semyuels üçüncü raundda texniki nokaut sayəsində qələbə qazanıb. Hərçənd, o, nəinki ikinci, hətta birinci raundda da noqdauna düşüb. Buna baxmayaraq, qələbəni məhz Semyuels əldə edib.
Qeyd edək ki, sözügedən boksçular peşəkar rinqdə 72,6 kq çəki dərəcəsində yarışırlar. 36 yaşlı Semyuels indiyədək 29 (20 qələbə, 7 məğlubiyyət, 2 heç-heçə), 24 yaşlı Renda isə 27 (18 qələbə, 8 məğlubiyyət, 1 heç-heçə) döyüş keçirib.

- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0