Səkkiz cüdoçumuz Avropa çempionatında
16.11.2009 - 18:51
Noyabrın 20-də Türkiyənin Antalya şəhərində 23 yaşadək cüdoçuların Avropa çempionatına start veriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, üç gün davam edəcək qitə birinciliyinə 8 idmançımız qatılacaq.
Bunlar Vüqar Şirinli (60 kq), Emin Həsənov (66 kq), Nadir Babayev (73 kq), Kənan Nağıyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Emin Tahirov (+100 kq), eləcə də Aysel Osmanlı (52 kq) və Ramilə Yusubovadır (63 kq). Cüdoçular yarışa məşqçilər Fərhad Məmmədov və İbadulla Şahbanovun rəhbərliyi altında hazırlaşıblar. Avropa çempionatında beynəlxalq dərəcəli referi Valeh Məhərrəmov hakim qismində iştirak edəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0