Olimpiya çempionluğundan məhrum edildi
18.11.2009 - 17:28
Olimpiya çempionluğundan məhrum edildi
Bəhreynli yüngül atlet Rəşid Rəmzi olimpiya çempionu titulundan məhrum edilib. Apasport.az saytının məlumatına görə, ötən ilin avqustunda Pekin Olimpiadasının qalibi olan asiyalı idmançı 1500 metr qaçışda qızıl medal qazanıb. Ancaq bu ilin aprelində Rəşiddən götürülən dopinq test müsbət nəticə verib. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi (BOK) atletin qızıl medalını əlindən alıb.

Bu qərar haqda BOK-un iki nümayəndəsi məlumat verib. Qərara əsasən, Rəmzinin qızıl medalı keniyalı Kiprut Kipropa, keniyalının gümüş medalı yeni zelandiyalı Nikolas Uillisə, Nikolasın bürünc medalı isə fransız Mehdi Baala verilməlidir.

Qeyd edək ki, Pekin Yay Olimpiya Oyunlarının iştirakçılarından yenidən dopinq-test bu ilin əvvəlində götürülüb. Rəşid istifadəsi qadağan olunmuş eritropoetin maddəsi qəbul edən 6 idmançıdan biri olub.