Gürcüstanda 3 medal qazandıq
19.11.2009 - 11:02
Gürcüstanın paytaxtı Tiflisdə güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini 4 idmançı - Ruslan Lunyov, İradə Aşumova, Nigar Bağırova və Həcər Salahova qoruyub. Turnir iştirakçıları yalnız 10 metrlik məsafədən pnevmatik tapança ilə hədəfə atəş açıblar.
Kişilərin yarışında mübarizə aparan Lunyov bütün rəqiblərini qabaqlayıb. O, 600 mümkün xaldan 576-nı toplayaraq, qızıl medala layiq görülüb.
Eyni zamanda, qadınların turnirində də təmsilçilərimiz fəxri kürsüyə yüksəliblər. 384 xal toplayan Nigar Bağırova ikinci yeri tutub. 22 yaşlı xanım idmançımızın gürcüstanlı olimpiya çempionu Nino Salukvadzeni üstələməsinə 1 xal çatmayıb. Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova isə 3-cü pillədə qərarlaşıb (381 xal). Gənclərin yarışına qatılan Həcər Salahova 348 xal yığaraq, 4-cü yerlə kifayətlənib.

- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0