Boks Federasiyasının baş katibi istefaya göndərilib
19.11.2009 - 13:13
Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi İsa Əsgərov istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, bu haqda ABF-in I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.
Millət vəkili bildirib ki, Əsgərov boks sahəsində mütəxəssis olmadığı üçün işinin öhdəsindən gələ bilməyib. Yeni baş katibin kim olacağı isə hələ məlum deyil. Abiyev bu məsələyə ABF-nin yaxın vaxtlarda keçiriləcək toplantısında aydınlıq gələcəyini söyləyib. Hələlik konkret namizədin olmadığını deyən federasiya rəsmisi keçmiş baş katib Tofiq Babanlının yenidən qayıtma ehtimalını inkar edib: “Düzdür, Babanlı boks sahəsində mütəxəssisdir, uzun müddət baş katib çalışıb. Amma hazırda onun 72 yaşı var. Baş katib isə gənc, enerjili, çevik şəxs olmalıdır. Hələlik boks üzrə mütəxəssis olan bir neçə namizədimiz mövcuddur. Amma konkret qərar federasiyamızın iclasında veriləcək”.
Qeyd edək ki, İsa Əsgərov bu il yanvarın 23-də keçirilən ABF-nin konfransında baş katib seçilib. Həmin gündən federasiyaya fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir.
Mənbə: lent.az

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0