Dünya çempionatında üzümüzü Nizami Paşayev ağartdı
27.11.2009 - 19:26
Koreyanın Qoyanq şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında bu gün daha bir idmançımız mübarizə aparıb. Apasport.az saytının məlumatına görə, podiuma bu dəfə ölkəmizin ən titullu ağır atleti Nizami Paşayev (94 kq) çıxıb.
Paşayev birdənqaldırmada 177 kq, təkanla qaldırmada isə 210 kq-ı başı üzərinə qaldırıb. Ümumilikdə 387 kq ağırlığın öhdəsindən gələn idmançımız bu nəticə ilə dünya çempionatını gümüş medalla başa vurub.
Xatırladaq ki, Paşayevdən öncə mübarizə aparmış idmançılarımızın heç biri medal qazana bilməyib.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0