Milli komandamız Ermənistanı 5 pillə qabaqladı
29.11.2009 - 15:56
Koreyanın Qoyanq şəhərində keçirilən ağır atletika üzrə kişilərin 77-ci və qadınların 20-ci dünya çempionatı bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 7 idmançı ilə qatılan Azərbaycan yığması Vətənə 1 medalla dönür. Təmsilçilərimizdən yalnız Nizami Paşayev (94 kq) fəxri kürsüyə yüksəlib. O, 387 kq qaldıraraq, gümüş medala layiq görülüb.
Baş məşqçi Yanko Rusevin digər yetirmələri isə əliboş qalıblar. İntiqam Zairov (85 kq) 5-ci, Zülfüqar Süleymanov (62 kq) və Rövşən Fətullayev (94 kq) 6-cı, Əfqan Bayramov (69 kq) 10-cu, Əlibəy Səmədov (105 kq) 12-ci, Namiq Cəmilov (77 kq) isə 15-ci yeri tutub. Yekunda Azərbaycan yığması 355 xalla komanda hesabında 4-cü sırada qərarlaşıb. Milli komandamız 231 xal toplamış Ermənistanı 5 pillə qabaqlayıb. İlk “üçlüy”ü isə ardıcıllıqla Çin (623 xal), Koreya (503 xal) və Rusiya (392 xal) tutub.

- İdmançımız Avropa çempionatında tarixi nailiyyətə imza atıb
- Azərbaycan İdman Akademiyası beynəlxalq layihəyə qoşulub
- İdmançımız Türkiyədə qızıl medal qazanıb
- AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
0
0