Bu da oldu: Şahmatçımızın rəqibi siqaretin güdazına getdi
30.11.2009 - 10:58
Azərbaycan şahmatçısı Vüqar Həşimov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunda maraqlı hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı həmyerlimiz yarışın 1/16 finalında çinli rəqibi Li Çaonu texniki qələbə nəticəsində üstələyib.
Belə ki, tərəflər arasında ilk iki oyun heç-heçə nəticələndiyindən, qalib tay-breykdə müəyyənləşməli idi. Tay-breyk zamanı isə Li siqaretin güdazına gedib. O, həmyerlisi Van Yue ilə birgə foyeyə siqaret çəkməyə çıxıb. Lakin onların başı qarışdığından, oyuna 2 dəqiqə yubanıblar. Qaydalara əsasən, hər iki şahmatçı Dünya Kubokundan uzaqlaşdırılıb. Bununla da, Vüqar Həşimov və Yue ilə üz-üzə gələn Etyen Bakro (Fransa) 1/8 finala yüksəlib.
Yarışın sensasiyası kimi qiymətləndirilən sözügedən hadisə barədə Van Yue bunları deyib: “Biz dayanıb, siqaret çəkirdik. Birdən yanımızdan keçən bir oğlan dedi ki, “uşaqlar, məncə, siz oyuna yubanmısınız”. Özümüzü zala atdıq, ancaq gec idi. Fikrimizcə, təşkilatçılar düzgün qərar çıxarıblar. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, Çində belə böyük turnirlər keçirilərkən, foyedə ekranlar quraşdırılır və bunun sayəsində zalı görmək mümkün olur”.
“Bu uğursuzluqdan sonra nə etmək fikrindəsiniz” sualına çinli şahmatçılar özlərinə məxsus cavab veriblər. Van Yue növbəti gün baş tutacaq uçuşa hazırlaşacaqlarını deyib. Həşimovun rəqibi olmuş Li isə zarafatından qalmayıb: “Mən isə gedirəm yarışın əsasnaməsini oxumağa!”.

- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0