Dünya çempionatında 2 azərbaycanlı 3 medal qazandı
30.11.2009 - 12:41
Hindistanın Banqalor şəhərində keçirilən fiziki qüsurlular arasında atletika üzrə dünya çempionatına yekun vurulub. Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışa qatılan 2 idmançımız 3 medal qazanıb.
Uzunluğa tullanmada gümüş medala yiyələnən Hüseyn Həsənov sonra daha bir dəfə fəxri kürsüyə yüksəlib. O, üçtəkanla tullanma növündə 13.32 metr nəticə göstərərək, birinci yeri tutub. Oluxan Musayev isə yadro itələmə yarışında qızıl medal əldə edib. Beləliklə, 2 nəfərdən ibarət komandamız 2 qızıl və 1 gümüş medala sahib çıxıb. Paralimpiyaçılarımız dekabrın 3-də Vətənə dönəcəklər.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0