Çexiyada 12 idmançımız mübarizə aparacaq
30.11.2009 - 14:25
Dekabrın 1-də Çexiyanın paytaxtı Praqada universal döyüş üzrə kişi və qadınlar arasında dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, klassik və layt versiyaları üzrə keçiriləcək yarışda Azərbaycanı 8 kişi və 4 qadın idmançı təmsil edəcək.
Praqada Mənsur Hüseynov (60 kq), Sahil Namazov (65 kq), Xəyyam Səfixanov (70 kq), Sənan Dünyamalıyev (75 kq), Nicat Tağıyev (80 kq), Rəşad İsgəndərov (85 kq), Valeh Əmirəliyev (95 kq), Tamerlan Əsədullayev (75 kq, layt), eləcə də Afaq Cavadova (48 kq), Məsməxanım Səlimova (48 kq, layt), Gülnar Gülməmmədova (52 kq) və Gülsədəf Kərimova (57 kq) mübarizə aparacaq. Beş gün davam edəcək dünya çempionatına 60-a yaxın ölkədən 170 döyüşçünün qatılacağı gözlənilir.
Xatırladaq ki, ötən il Rusiyanın Kalininqrad şəhərində təşkil olunmuş dünya çempionatında yığmamızın üzvləri 9 medal (2 qızıl, 2 gümüş, 5 bürünc) qazanıblar.
Mənbə: AzərTAc

- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0