Nizami Paşayev: Koreyada baş məşqçi mənə inanmırdı
03.12.2009 - 15:57
Azərbaycanın ən titullu ağırlıqqaldıranı, ikiqat dünya çempionu Nizami Paşayevin apasport.az saytına müsahibəsi
- Ötən həftə Koreyanın Qoyanq şəhərində keçirilən dünya çempionatında gümüş medala layiq görüldünüz. Bu yarışda çıxışınızdan razı qaldınızmı?
- Çıxışımdan razıyam, amma nəticə bundan da yaxşı ola bilərdi. Dünya çempionatına 3 ay qalmış hazırlığa başladım. Yarışa 20 gün qalmış isə ayağımdan zədə aldım. Koreyaya qızıl medal qazanmaq üçün getmişdim, məhz ayaq nahiyəmdəki zədə ucbatından istədiyim kimi çıxış edə bilmədim.
- Hər halda, gümüş medal da qazancdır...
- Əlbəttə. Ancaq mən üçüncü dəfə dünya çempionu olmaq istəyirdim. Alınmadı. İnşallah, bu arzumu 2010-ci ildə Türkiyənin Antalyada şəhərində keçiriləcək dünya birinciliyində gerçəkləşdirərəm.
- Son vaxtlar mübarizə apardığınız yarışlarda bir məqam xüsusi nəzərə çarpır. Birdən qaldırmada ilk iki cəhdiniz boşa çıxır və yalnız üçüncü imkandan yararlanırsınız. İlk iki cəhdi boşa verməyiniz nə ilə bağlıdır?
- Bunu zədə amili ilə əlaqələndirərdim. Sağlamlığımda problem olduğundan, yaxşı məşq edə bilmirdim. Məşq zamanı çəkim 103-104 kq idi. Hazırlıq prosesində birdən 170 kq, təkanla isə 210 kq qaldırırdım. Çəkimi 10 kq salıb, çempionata çıxdım və birdən qaldırmada 177 kq sifariş etdim. Çünki sırf mükafatçılar sırasına düşmək üçün yarışırdım. Buna görə də birdən qaldırmada ilk iki cəhdim boşa çıxdı.
- Yekunda 387 kq-ın öhdəsindən gəldiniz. Halbuki sizin ən yüksək göstəriciniz 405 kq-dır. Axır zamanlar nədənsə şəxsi göstəricinizi təkrarlamağa çətinlik çəkirsiniz.
- Zədələr imkan vermir. 405 kq-ı 8 il əvvəl, 20 yaşda olarkən qaldırmışam. Sonra mənim onurğa sütunumda yırtıq əmələ gəldi, uzun müddət məşq edə bilmədim. Ardından dizimdən zədə aldım. Budəfəki dünya çempionatı ərəfəsində ayaq əzələlərim qırıldı. Bunlar hamısı üst-üstə gəlir və istər-istəməz nəticələrə mənfi təsir göstərir.
- Fakt budur ki, yığmamızın bolqarıstanlı yeni baş məşqçisi Yanko Rusevə ilk medalı siz qazandırdınız. O, yarışdan əvvəl, yaxud sonra sizinlə xüsusi söhbət etmədi?
- Düzü, mənimlə söhbət etməyib. Onun mənə heç ümidi də yox idi. Bunu çempionata getməmişdən öncə televiziyaya müsahibəsində demişdi. Rusev 62 kq çəki dərəcəsində Zülfüqar Süleymanova ümid bəsləyirdi. Deyirdi ki, yalnız o, medal qazanacaq.
- Nəyə görə baş məşqçi sizə ümid etmirdi?
- Məşqdə yüksək nəticə göstərmirdim axı. Bu səbəbdən o, mənə inanmırdı.
- Məşqlərə gec başlamağınız nə ilə əlaqədar idi?
- Əslində, dünya çempionatının hazırlığına 5-6 ay öncədən başlamaq lazımdır. Mən isə 3 ay qalmış məşqlərə start vermişdim. Fikirləşirdim ki, idmanla vidalaşım. Sonradan fikrimi dəyişdim. Gördüm ki, karyeramı davam etdirə bilərəm, hələ o yaşa çatmamışam.
- Bəs necə oldu ki, peşəkar karyeranızı başa vurmaq fikrinə düşdünüz?
- Zədələrdən çox əziyyət çəkirdim. Artıq ağırlıqqaldırmada 20 il stajım var (gülür).
- Yəni zədələr sizi bezdirmişdi?
- Elədir. Ancaq fikrimi dəyişmişəm. Məqsədim 2012-ci il London Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır. Olimpiadada bir dənə də olsun medalım yoxdur axı.
- Yanko Rusevin gəlişindən sonra milli komandamızda hansı dəyişikliklər var?
- Yığma üzvlərinin əhval-ruhiyyəsi əladır. Hər şeydən razıdırlar. Məşqlərini davam etdirirlər və onların əksəriyyəti son dünya çempionatında şəxsi göstəricilərini yaxşılaşdırıblar. İnanıram ki, bu dəfə 5-6-cı yerləri tutanlar növbəti dəfə Vətənə mükafatla dönəcəklər.
- Dünya çempionatında siz və Turan Mirzəyev istisna olmaqla, digər atletlərimiz medal gətirə bilmir. Onların fəxri kürsüyə yüksəlmələrinə nə əngəl törədir?
- Məndən başqa medal qazanmağa ən yaxın İntiqam Zairov oldu. Onun şəxsi göstəricisində artım var. Sadəcə, İntiqamın mübarizə apardığı 85 kq çəki dərəcəsində rəqabət böyük idi İnşallah, gələn il o da medala layiq görülər. Çünki Zairov Avropa çempionatında birdən 168 kq, təkanla isə 200 kq qaldırdı. Dünya çempionatında isə birdən 170, təkanla 203 kq-ın öhdəsindən gəldi. Aşağı nəticə sayəsində qitə çempionatında 2-ci yeri tutdu. Amma nisbətən güclü göstərici ilə dünya çempionatında 5-ci pillədə qərarlaşdı.
- Yeri gəlmişkən, sizin yarışdığınız 94 kq çəki dərəcəsində bir sıra güclü idmançılar yox idi. Məsələn, son olimpiya çempionu, qazaxıstanlı İlya İlin çempionata qatılmamışdı.
- Onlar zədəli olduqlarından, Koreyaya getməmişdilər. Yəqin ki, belə atletlər növbəti dünya çempionatında iştirak edəcəklər. Ancaq onların yarışması mənə heç də çətinlik yaratmayacaq. Çünki gələn il turnirlərə daha ciddi yanaşacağam, gərgin məşqlər edəcəyəm.
- Növbəti planlar necədir. Avropa çempionatının hazırlığına başlamısınız?
- Yığma dekabrın 5-dən 20-dək təlim-məşq toplanışı keçəcək. Bundan sonra 15 günlük istirahət olacaq və yanvarın 5-dən növbəti hazırlıq prosesinə start veriləcək. Lakin mən milli komandanın tərkibində məşq etməyəcəyəm. İlin axırında mənim yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi vəzifəsinə təsdiqlənəcəyim gözlənilir. Yeniyetmə atletləri 2010-cu ilin mayında keçiriləcək yeniyetmələrin Avropa çempionatına və bundan 2 ay sonra baş tutacaq I Yay Olimpiya Oyunlarına hazırlaşdıracağam. Özüm isə fərdi məşqlər edərək, apreldə olacaq İslam Oyunlarına qatılmağı planlaşdırıram.
- Bəs Avropa çempionatı?
- Bu yarışa getməyəcəyəm, Avropa çempionu olmuşam da. İndi də istəyirəm ki, İslam Oyunlarında qızıl medal qazanım.

- İdmançımız Avropa çempionatında tarixi nailiyyətə imza atıb
- Azərbaycan İdman Akademiyası beynəlxalq layihəyə qoşulub
- İdmançımız Türkiyədə qızıl medal qazanıb
- AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
0
0