Yığmamızın üzvü: Deyəsən “donuz qripi”nə yoluxmuşam - FOTO
22.12.2009 - 18:20
Yığmamızın üzvü: Deyəsən “donuz qripi”nə yoluxmuşam - FOTO
“Ötən həftəsonu keçirilən Azərbaycan çempionatından sonra qripə tutulmuşam. Xəstəliyimin əlamətlərinə gəldikdə, boğazım ağrıyır, axşamlar hərarətim olur, bir az ürəyim bulanır. Televizorda eşitmişəm - deyiblər ki, bunlar “donuz qripi”nin əlamətləridir. Bəlkə məndə də “donuz qripi”dir - ona oxşayır. Hər halda, “donuz qripi” olsa, bu yaxınlarda bilinəcək”. Belə sensasion açıqlamanı Lent.az-a Azərbaycanın qadınlardan ibarət karate yığmasının üzvü Kəmalə İsmayılova verib.

Xəstəliyi ilə əlaqədar həkimə müraciət etmədiyini deyən İsmayılova hələlik ev şəraitində müalicə aldığını bildirib. O, xəstəliyi bir qədər də ağırlaşacağı təqdirdə, həkimə üz tutacağını açıqlayıb: “Nə edim? Hara müraciət edim? Azərbaycanlılarınkı belədir də, ancaq ölənə yaxın həkimə gedirlər. Elə mən də uduzduğum üçün medal qazana bilməmişəm. Ona görə ölmək istəyirəm. Məndə də xəstəlik ağırlaşsa, bir az da pis olsam, həkimə üz tutacağam”.

Anasının həkim olduğunu deyən 21 yaşlı idmançı əsasən, “noqrippin” kimi qripə qarşı dərmanlardan istifadə etdiyini söyləyib. O bildirib ki, ailəsində də “donuz qripi”nə yoluxduğuna inanmırlar: “Mən də “donuz qripi”nə yoluxduğumu deməyə qorxuram. Bir də gördün “sanepidemstansiya”dan tökülüb-gəldilər, məni Azərbaycandan çıxardılar”.

İsmayılova Azərbaycan çempionatında mübarizəni erkən dayandırıb. O, məhz uduzduğu döyüşdən sonra xəstəliyə tutulduğunu açıqlayıb: “Həmin görüşdən sonra tərli halda bir müddət zalda oturdum. Mənə bəlkə də orda soyuq dəyib. Yarışdan sonra isə evə xəstə halda gəlmişəm. Artıq 3 günə yaxındır ki, yataq şəraitindəyəm”.
0