Azərbaycan olimpiyaçıları Kanadaya İsveçrədən gedəcək
08.01.2010 - 18:06
Azərbaycan olimpiyaçıları Kanadaya İsveçrədən gedəcək
2012-ci il Qış Olimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyənləşib. Bu haqda Lent.az-a nümayəndə heyətinin rəhbəri (şef de-mission) Könül Nurullayeva məlumat verib. Onun sözlərinə görə, heyət üzvləri olimpiadanın keçiriləcəyi Kanadanın Vankuver şəhərinə müxtəlif vaxtlarda gedəcəklər. Əvvəlcə fevralın 8-fə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini Çingiz Hüseynzadə və jurnalist Elnur Əşrəfoğlu şef-de missionla birgə yola düşəcəklər. Bundan iki gün sonra Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov, Qış İdman növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev, olimpiadada ölkəmizi təmsil edəcək Sedrik Notz və Qaya Bassani Antivari, eləcə də onların məşqçiləri Silven Morikslə David Quanella Vankuverə yollanacaq. Hazırda İsveçrədə Alp dağlarında hazırlıq keçən kişi və qadın idmançımızla onların məşqçiləri oradan birbaşa okeanın o tayına üz tutacaqlar.

Nümayəndə heyətimizin qarşılaşma mərasimi fevralın 11-də olacaq. Bundan bir gün öncə isə şef de-missionların toplantısı keçiriləcək.

Qeyd edək ki, XXI Qış Olimpiya Oyunları fevralın 12-də başlanacaq. Azərbaycanın adından əslən isveçrəli Sedrik Notzla italiyalı Qaya Bassani Antivari dağ xizəkçiliyi növündə böyük slalom və slalom yarışlarına qatılacaqlar. Notz kişilərin, Antivari isə qadınların yarışında qüvvəsini sınayacaq. Onlar mübarizəyə fevralın 20-də qoşulacaqlar. Olimpiadaya fevralın 26-da yekun vurulacaq.
0