Nicat Məmmədov fironlara şans vermədi - YENİLƏNİB
09.01.2010 - 22:10
Nicat Məmmədov fironlara şans vermədi - YENİLƏNİB
Şahmat üzrə komandalararası dünya çempionatında bu gün V turun oyunları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Türkiyənin Bursa şəhərində təşkil olunan nüfuzlu turnirdə Azərbaycan yığmasının növbəti rəqibi Misir milli komandasıdır.

Artıq hər iki komandanın heyəti açıqlanıb. Yığmamızın kapitanı Zurab Azmayparaşvili yenə də birinci lövhəni Vüqar Həşimova etibar edib. Ehtiyat oyunçulardan Nicat Məmmədov isə afrikalılara qarşı oynamaq şansı qazanıb.

Xatırladaq ki, yığmamız ilk iki turda Ermənistan və Türkiyəni məğlub edib, ardından Hindistan və Rusiyaya uduzub.

MİSİR – AZƏRBAYCAN - 1:3

1. Əhməd Ədli – Vüqar Həşimov - 1:0
2. Amin Bassem – Teymur Rəcəbov - 0:1
3. Məhəmməd Ezzat – Şəhriyar Məmmədyarov - 0:1
4. Sarvat Valaa – Nicat Məmmədov - 0:1

V turun digər oyunları

Hindistan – Ermənistan - 2:2
Rusiya – Türkiyə - 3,5:0,5
İsrail - ABŞ - 1,5:2,5
Braziliya – Yunanıstan - 1:3

V turdan sonra turnir cədvəli: Rusiya, 13 xal, ABŞ 12, Ermənistan 12, Hindistan 11, Azərbaycan 11,5, İsrail 11, Yunanıstan 10, Braziliya 8, Misir 7, Türkiyə 4.

Azərbaycan yığması sabah VI tur çərçivəsində İsraillə qarşılaşacaq.


0